Vaksinin hansı əlavə təsirləri ola bilər? - Ramin Bayramlı açıqladı - VİDEO

Vaksinin hansı əlavə təsirləri ola bilər? - Ramin Bayramlı açıqladı - VİDEO
Video
Sosial 494

"Azərbaycana gətirilən koronavirus vaksinləri tam təhlükəsizdir. Bunu Türkiyədə keçirilən laboratoriya sınaqlarının nəticəsinə əsasən demək olar".

TƏBİB-in rəhbəri Ramin Bayramlı ''Xəzər Xəbər''ə eksklüziv müsahibəsində bildirib ki, bütün vaksinlərdə olduğu kimi bu vaksinin də əlavə təsirləri ola bilər. Amma buna görə təşvişə düşməyə ehtiyac yoxdur.

TƏBİB-in sədri koronavirusun mutasiyaya uğramış ştamının Azərbaycanda aşkarlanacağı təqdirdə əlavə tədbirlərin görüləcəyini bildirib.

Azərbaycanda istifadə edilən vaksindən artıq Türkiyədə bir milyondan çox həkimə vurulub və hər hansı əlavə təsir müşahidə edilməyib. TƏBİB-in rəhbəri Ramin Bayramlının sözlərinə görə, ölkəmizdə gətirilən hər bir partiya vaksin laboratoriya sınaqlarından sonra qəbul edilir.

TƏBİB sədri vaksinin əlavə təsirlərinin nələr ola biləcəyini də açıqlayıb.

Ramin Bayramlının sözlərinə görə, hər bir şəxs vaksindən sonra 30 dəqiqə müşahidə altında saxlanılır, üstəlik əks təsirlər barədə onlara verilən məlumat kitabçasından istifadə etməklə ərazi üzrə poliklinikalara müraciət edə bilər.

Bütün dünyanı yenidən təşvişə salan koronavirusun mutasiyaya məruz qalmış növünə hələ ölkəmizdə rast gəlinməsə də TƏBİB sədrinin sözlərinə görə, artıq sözügedən vaksin bu virus üzərində də təsirlidir.

Ramin Bayramlının sözlərinə görə, ölkəyə gələn bütün şəxslərin COVID-19 testindən keçməsi, mutant ştamların ölkəyə girişinin qarşısını əhəmiyyətli dərəcədə alsa da, belə bir hal aşkarlansa, əlavə tədbirlər görüləcək və bu barədə ictimaiyyət məlumatlandırılacaq.

Onun sözlərinə görə, hazırda digər vaksin istehsalçıları ilə də danışıqlar aparılır və ehtiyac olarsa, digər növ vaksinlərin də ölkəyə gətirilməsi mümkün olacaq. Bununla belə TƏBİB-in sədri vətəndaşları xüsusi ilə sosial şəbəkələrdə bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb.

Ramin Bayramlı səhiyyə işçilərinin bu vaksinasiyanı tunelin ucunda görünən işıq kimi qiymətləndirdiyini bildirib və cəmiyyəti də bu çağırışlara cavab verməyə səsləyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər