Vahid Əliyev açıq ürək əməliyyatı keçirdi - FOTO

Vahid Əliyev açıq ürək əməliyyatı keçirdi - FOTO
Sosial 243

Əməkdar artist Vahid Əliyev ürək əməliyyatı keçirib.

Bu haqda BAKU.WS-ə Əməkdar artistin həyat yoldaşı Tamilla Əliyeva məlumat verib. Onun sözlərinə görə, aktyor hazırda reanimasiyadan palataya köçürülüb:

"Vahid açıq ürək əməliyyatı keçirdi. Bildiyiniz kimi, bu, çox ağır əməliyyatdır. Hazırda reanimasiyadan çıxarılaraq palataya köçürülüb. Əməliyyatı ağır olduğundan həkimlər onun xəstəxanadan nə vaxt çıxarılacağını dəqiq deyə bilmirlər".

Qeyd edək ki, Vahid Əliyev bir müddət əvvəl infarkt keçirib.

Son xəbərlər