ÜST üçüncü dozanın kimlərə vurulmasının tövsiyə olunduğunu açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Artıq ortaya çıxıb ki, vaksinlərin qoruyuculuğu bir müddət sonra azalmağa başlayır. Bunu artıq görürük”.
BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
Tanınmış idman ustası Aydın İbrahimov koronavirusdan dünyasını dəyişib - VİDEOBu il məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 23,8 faiz artıbAğdam şəhərinin Cümə Məscidinin 28 il saxlanılan açarı təhvil verilib - FOTOLENT - VİDEO“Üçüncü doza növbəti ildən hamıya tətbiq edilə bilərmi” sualına cavab verən ÜST nümayəndəsi bildirib ki, üçüncü doza məsələsinin elmi olaraq vacibliyi ortaya çıxır. Onun sözlərinə görə, hələ səhiyyə işçilərini peyvəndləməmiş ölkələr var: “O ölkələr bu vəziyyətdəykən ehtiyacı olmayanlara, risk qrupunda olmayanlara üçüncü dozanın vurlmasını etik olaraq da doğru saymırıq. Bizim direktorumuz da üçüncü dozanın sadəcə ehtiyacı olanlara, yaşı 65-dən çox olanlara, səhiyyə işçilərinə vurulmasını tövsiyə edir”.
H. Harmancı hələ peyvənd ala bilməyən ölkələrdəki insanların, xüsusilə səhiyyə işçiləri və yaşı 65-dən yuxarı olanların vaksinlənməsini daha vacib hesab edir.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...