ÜST Şamaxıda TƏBİB-ə 3 mobil klinika təhvil verdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“PROACT-Care” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şamaxının Dəmirçi kəndində TƏBİB-ə 3 mobil klinika və yüksək keçid qabiliyyətinə malik 2 avtomobil təhvil verib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, açılış mərasimində ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı, TƏBİB sədri Ramin Bayramlı, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger iştirak ediblər.
Belə ki, mobil klinika sayəsində rayonda qeyri-infeksion xəstəliklərin gecikdirilmədən diaqnostikası və müayinəsi, həmçinin infeksion xəstəliklərin profilaktikası və müayinəsi mümkün olacaq.
Mobil klinikadan eyni zamanda Şamaxıda COVID-19-a qarşı mübarizə prosesində də istifadə olunacağı diqqətə çatdırılıb. Layihə USAID, UKAID və UHC-nin maliyyə dəstəyi ilə həyata keçirilib.
“PROACT-Care” layihəsinin icrasında ÜST-ün Azərbaycanda ofisinə TƏBİB, Şamaxı rayonu İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi, Heydər Əliyev Fondu və UNICEF dəstək verib.
Yaxın gələcəkdə layihənin ölkənin digər rayonlarına da genişləndirilməsi planlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Avropa İttifaqı Azərbaycanda peyvəndləmənin dəstəklənməsi üçün vəsait ayırıb
Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi Azərbaycanda COVID-19-la bağlı peyvəndləməni dəstəkləmək üçün birlikdə çalışa...