ÜST nümayəndələri ölkəmizin karantin xəstəxanalarına səfər edəcəklər
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri ilə görüş keçirilib.
TƏBİB-dən BAKU.WS verilən məlumata görə, görüşdə dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində görülən tədbirlər və ÜST nümayəndə heyətinin Bakı şəhəri və regionlardakı karantin xəstəxanalarına səfərinin detalları müzakirə edilib.
Həmçinin, tibbi personalın hazırlığı, COVID-19 ilə ümumi mübarizə üsulları, vəziyyət haqqında məlumatlandırma, hospitalların hazırlığı, dərman, diaqnostika və tibbi vasitələrin mövcudluğunun qiymətləndirilməsi və risk kommunikasiyası mövzularında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...