ÜST: Dünyada COVID-19 pandemiyasının kəskin mərhələsi hələ bitməyib
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada hələ də koronavirus infeksiyasının yayılmasının kəskin mərhələsi müşahidə olunur.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsi üzrə fövqəladə vəziyyətlər proqramının texniki rəhbəri Mariya Van Kerkhove deyib.
“Biz virusun yayılmasında artım əlamətləri görürük. Hələ də pandemiyanın kəskin mərhələsindəyik”, - deyə Van Kerkhove brifinq zamanı ÜST tərəfindən COVID-19-un üçüncü dalğasının qeydə alınıb-alınmamasına dair sualı cavablandırarkən bildirib.
O, qarşıdan gələn bayram istirahətləri zamanı (aprelin əvvəllərində Avropada Pasxa qeyd olunur) xüsusi diqqətli olmağa çağırıb və Yeni il şənliklərindən sonra virusun yayılmasında kəskin artım müşahidə olduğunu bir daha xatırladıb.
Oxşar xəbərlər
ÜST-dən koronavirusun “Britaniya ştammı” barədə etiraflar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Marina van Kerkhove koronavirusun “Britaniya ştammı”nın daha sürətli yayılmasını təsdiqləyib. BAKU.WS oxu.az-a...