ÜST direktoru: "İqlim böhranı həm də səhiyyənin böhranı deməkdir"
"İqlim böhranı həm də səhiyyənin böhranı deməkdir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Tedros Adhanom Qebreyesus deyib.
O bildirib ki, COP29-da səhiyyə sahəsinə çox diqqət yetirilir:
"Mən sevincliyəm ki, burada buna diqqət yetirilir".
ÜST rəhbəri qeyd edib ki, gələcəkdə pandemiya başvermə riski barəsində analizlər, təhlillər aparılıb:
"Aparılan təhlillər onu göstərir ki, pandemiyanın baş verməsi insanlardan asılıdır. Əgər biz pandemiyaya hazırlaşsaq, onun qarşısını almaq üçün hər şey etməyə cəhd göstərsək, bu baş verməyəcək. Əlimizdə olanlarla bunun qarşısını ala bilərik".
Oxşar xəbərlər
Əməkdar jurnalistə vəzifə verildi
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub. BAKU.WS Oxu.Az-a sitinadən xəbər verir ki, jurnalist Sara Əzimo...