ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada oktyabr və noyabr aylarında koronavirusla əlaqəli ölüm sayının artacağını gözləyir.
Bu barədə “Frans Press” agentliyi ÜST-ün Avropa üzrə Regional Bürosunun direktoru Hans Klugeyə istinadən xəbər verib.
“Vəziyyət daha da mürəkkəbləşəcək. Oktyabr və noyabr ayında daha yüksək ölüm nisbətini görəcəyik”, - deyə o, xəbərdarlıq edib.
Həmçinin o da vurğulanıb ki, ölüm sayında artım Avropada yeni epidemiya dalğası səbəbilə yoluxmaların çoxalması ilə əlaqəli olacaq.
Son məlumatlara görə, dünyada 29 milyondan artıq insanda koronavirus aşkarlanıb. Virusdan ümumilikdə 928 mindən çox insan ölüb.
Oxşar xəbərlər
“Uşaqların evdə oturduqları müddətdə üzləşdiyi təhlükə koronavirusdan daha yüksəkdir” - MÜSAHİBƏ
Sentyabrın 15-də Azərbaycanda və dünyada koronavirus pandemiyasının yaratdığı yeni format çərçivəsində, növbəti tədris ili başlayır. Məlumdur ki, həftədə cəmi i...