Uşaqlıq xəyallarını gənclik hədəflərinə çevirmək zamanıdır! - FOTO

Uşaqlıq xəyallarını gənclik hədəflərinə çevirmək zamanıdır! - FOTO
Foto
Sosial 86

“PAŞA Holding” və “Trendyol”un dəstəyi, “Nargis” Fondunun təşkilatçılığı ilə 19-20 iyul tarixlərində Bakıda “GəncLink” Forumu keçirilir.

Forumun məqsədi innovasiyalara və müasir texnologiyalara marağı olan uşaqları bir araya gətirmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq, eyni zamanda uşaqlarda komanda işi, yaradıcılıq, tənqidi düşüncə kimi mühüm bacarıqları inkişaf etdirməkdir.

Layihəyə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 12-17 yaş aralığında və müxtəlif sosial müəssisələrdən olan 120 nəfər valideyn himayəsindən məhrum uşaq cəlb edilib. Forum iştirakçılarının Forum müddətində transferi “BakuBus” MMC tərəfindən təşkil ediləcək.

İki gün davam edəcək Forum çərçivəsində gənc iştirakçılar STEAM və texnologiya sahəsini əhatə edən intensiv vorkşoplara qatılacaq. Forum iştirakçıları fərqli qruplara bölünərək mühəndislik, robototexnika və kodlaşdırma üzrə müxtəlif modullar üzrə praktiki məşğələlər vasitəsilə elmi və texniki biliklərin gündəlik həyatda tətbiqini öyrənəcək, ilkin mühəndislik bacarıqlarını mənimsəyəcək, müasir İKT avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirəcək, müxtəlif proqramlaşdırma dillərinin tətbiqini öyrənəcəklər.

“Trendyol” və “PAŞA Holding” öz dayanıqlılıq və sosial məsuliyyət strategiyalarına uyğun olaraq birgə layihələr həyata keçirir. Bu layihənin məqsədi şirkətlərin bu istiqamətdəki səylərini və təcrübələrini birləşdirməklə Azərbaycanda dayanıqlı və sosial inkişafa töhfə verməkdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

6451 Sosial 18:43 27 may 2022

Son xəbərlər