Uşaqlar arasında sürətlə yayılan virusu necə müalicə edək? - AÇIQLAMA

Uşaqlar arasında sürətlə yayılan virusu necə müalicə edək? - AÇIQLAMA
Sosial 197

"Qripi müalicə edərsən, bir həftəyə sağalar, etməzsən, 7 günə sağalar. Bu, o deməkdir ki, əslində qripin müalicəsi yoxdur. Onun öz müddəti var. Biz sadəcə simptomatik müalicə edirik".

BAKU.WS xəbər verir ki, bu sözləri ARB24-də yayımlanan "İş vaxtı" verilişində qonaq olan pediatr Günay Rəsulova bildirib.

"Özbaşına apteklərdən antibiotik almaq qətiyyən doğru deyil. Belə olan halda virus infeksiyaların gedişatına lazımsız və zərərli müdaxilə etmiş oluruq. Uşaqların immun sistemi düşür. Virus 7 günə bitəcəkdisə, müddət 15 gün olur.

Bu hallarda uşaqlar valideyn və həkim tərəfindən yaxından təqib olunmalıdır. Tutaq ki, qızdırma 5 gündən çox davam edirsə, öskürəklə yanaşı təngnəfəslik varsa, bu halda analizlər verilməli və həkim müalicə yazmalıdır", - deyə pediatr əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər