Uşaqların "TikTok"a girişi qadağan edilsin - Komitə rəsmisindən TƏKLİF
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanda süni intellektlə bağlı uşaqların müdafiə mexanizmlərinin gücləndirilməsi haqqında fəaliyyət planı qəbul edilməlidir".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov "Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət" mövzusunda keçirilən dəyirmi masada təklif səsləndirib.
O bildirib ki, bəzi ölkələrdə uşaqların "TikTok"a girişi qadağan edilib:
"Bizdə də bu istiqamətdə addım atılmalıdır. Həmçinin, Fransa, Böyük Britaniya və s. ölkələr artıq bu istiqamətdə Milli Fəaliyyət planı qəbul ediblər".
Oxşar xəbərlər
Ağdaşda II Heyva Festivalı və Aqrar Biznes Festivalı keçirilib
Noyabrın 7-də Ağdaşda II Heyva Festivalı və Aqrar Biznes Festivalı keçirilib. Kənd Təsərrüfatı Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı...