Ünvanlı sosial yardım almaq istəyənlərə VACİB XƏBƏR
29
yan
2019
16:19
Bu gündən sosial yardım üçün müraciət zamanı torpağa mülkiyyət hüququna dair çıxarış tələb edilməyəcək.BAKU.WS Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə istinadən xəbər verir ki, torpağa mülkiyyət hüququna dair çıxarışı olmayan şəxslər də bu gündən etibarən ünvanlı dövlət sosial yardımın (ÜDSY) alınması üçün müraciət edə bilərlər.ÜDSY üçün müraciət zamanı elektron sistem Dövlət Aktı üzrə sığortaedənin uçot nömrəsinə (SUN) dair informasiya sistemindən avtomatik olaraq torpağın mülkiyyətçisi və payçıları haqqında məlumatı əldə edəcək.Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət prosedurunun sadələşdirilməsi işləri qarşıdakı dövrdə də davam etdiriləcək.Qeyd edək ki, indiyədək torpağa dair çıxarışı olmadığına görə, xüsusən regionlarda ayrı-ayrı aztəminatlı ailələr ÜDSY üçün müraciət edə bilmir və nəticədə sosial yardım proqramından kənarda qalırdılar.BAKU.WS
Oxşar xəbərlər
Prezidentdən aztəminatlı ailələrlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncama əsasən, 2018-ci il 28...