UNESCO-nun xoşməramlı səfiri: “Bakı ilə İrəvan arasında danışıqların bərpası ümid yaradır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağa aktiv mədəni həyatı qaytarmaq lazımdır”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə iştirak edən UNESCO-nun Mədəni diplomatiya üzrə xoşməramlı səfiri Hedva Ser deyib.
“İnanırıq ki, Qarabağ bölgəsi bundan sonra da inkişaf edəcək. Hesab edirəm ki, mədəni həyat Qarabağa qaytarılmalıdır. Çünki bildiyimiz kimi, Şuşa bir çox görkəmli şairlərin, müğənnilərin, musiqiçilərin mədəniyyət paytaxtı, doğma şəhəri olub”, - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında bərpa olunan sülh danışıqları ümid yaradır:
“Azərbaycan uzun müddətdir ki, sülhdən danışır. İndi Ermənistan bunun onlar və bütövlükdə region üçün nə qədər vacib olduğunu başa düşür. Bütün Qafqaz regionunun çiçəklənməsi üçün bu danışıqlar təşviq edilməlidir”.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...