UNICEF və BQXK nümayəndələri Ermənistanın təcavüzü nəticəsində zərər görmüş məktəblərdə olub
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu gün Gəncə və Tərtər şəhərlərində UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində ağır zərər görmüş təhsil müəssisələrini ziyarət etdik. Xarici tərəfdaşlar dağıldımış binaların, Gəncədəki 29 nömrəli məktəbin, Tərtər rayonunun Düyərli kənd məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi oldular".
BAKU.WS xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib: "Bu ərazilərdə təhsil alan şagirdlərimizlə də görüşdük. Tərəfdaşlar müharibə cinayətinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə, o cümlədən, müəllim və şagirdlərimizə sosiopsixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edirlər.
Tezliklə bu təhsil ocaqları əvvəlkindən daha da gözəl olacaq. Qalib vətənin övladlarının baxışlarında məğrurluq hiss olunurdu. Milli kimliyini dərk edən, vətənpərvər, savadlı insanları yetişdirmək təhsil sistemimizin təməlində dayanan əsas hədəflərdən biridir".
Qalereya
Oxşar xəbərlər
Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işçi qruplar yaradılıb
Ermənistanın təcavüzü nəticəsində 27 sentyabrdan başlayaraq Azərbaycan ərazisinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işçi qruplar...