"UN-Habitat" Azərbaycanı tarixdə ən böyük WUF-un keçirilməsi münasibətilə təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin Məskunlaşma Proqramı ("UN-Habitat") Azərbaycan hökumətini 40 mindən çox iştirakçını bir araya gətirən tarixdə ən böyük Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi münasibətilə təbrik edib.
BAKU.WS report-a istinadən məlumatına görə, bunu jurnalistlərə Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə naziri, "UN-Habitat" Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq WUF13-ün kuluarlarında bildirib.
"UN-Habitat" adından Azərbaycan hökumətini 40 mindən çox iştirakçını bir araya gətirən tarixdə ən böyük Ümumdünya Şəhərsalma Forumunun uğurla keçirilməsi münasibətilə təbrik etmək mənim üçün böyük şərəf və məmnuniyyətdir. Lakin rəqəmlər əsas deyil. Nail olmağa çalışdığımız daha vacib məqsədlər əlçatanlıq, əlaqəlilik, dayanıqlılıq və layiqli icmaların yaradılmasıdır", - Nqa Kor Minq qeyd edib.
Oxşar xəbərlər
Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"
"Qayınatam oktyabrın 13-də, təxminən saat 11-12 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmişə evdən çıxıb geri qayıdan adam olub. Ağlı-başı yerind...