Umayra Tağıyeva: "Bəzi bölgələrdə illik temperatur 1.4 dərəcə artıb"
Yeniliklərdən dərhal xəbərdar olun
“Son onilliklərdə iqlimdə istiləşmə gedir”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, istiləşmə ölkə ərazisində qeyri-bərabər şəkildə paylanır:
“Bəzi bölgələrdə göstəricilər daha yüksəkdir, məsələn, 1. 4 dərəcə. Bəzi bölgələrdə 0.8 dərəcə, amma istiləşmə prosesi müşahidə olunur. Görürük ki, iqlimin istiləşməsi nəticəsində qış aylarında şaxtalı günlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Azalma varsa, yağıntılar artıq qar şəklində deyil, yağış şəklində düşür. Yağıntıların da miqdarında azalma qeydə alınır. Bu problem nəinki Azərbaycanda, bir çox ölkələrdə baş verir. Bu da iqlim dəyişmələrinin təzahürləridir”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...