Ülvi Mehdiyev: “icaze.e-gov.az-dan icazə yalnız işə gedib-gəlmək üçündür” - VİDEO

Ülvi Mehdiyev: “icaze.e-gov.az-dan icazə yalnız işə gedib-gəlmək üçündür” - VİDEO
Video
Sosial 645

“İcaze.e-gov.az portalı fəaliyyətinə icazə verilmiş qurumlar və əməkdaşlar üçündür. Fəaliyyətinə icazə verilən dövlət və özəl təşkilatlar öz əməkdaşları barədə məlumatı icaze.e-gov.az-a daxil edəcək. Bu yalnız işə gəlmək və getmək üçündür”.

BAKU.WS xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Dövlət Agentliyinin sədri qeyd edib ki, vətəndaşlar yaşayış yerini zəruri ehtiyaclar üçün SMS xidmətinə müvafiq kodları yazaraq yaşayış yerini tərk edə bilərlər:

“Nazirlər Kabinetinin qərarında iki zidd məsələ uzlaşdırılıb. Yəni vətəndaşların yaşayış yerini maksimum tərk etməməsindən və zəruri ehtiyaclar üçün çıxmasından söhbət gedir. Zəruri ehtiyaclar üçün insanlar SMS-lə 2 saat müddətində yaşayış yerini tərk edə biləcəklər. Tibb müəssisəsinə getməklə bağlı icazə 2 saat müddətinə veriləcək, müalicə 2 saatı keçəcəksə, tibb müəssisəsindən arayışı əsasında evə qayıda biləcəklər”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər