Ukraynadan qayıdan həmvətənlərimiz sığınacaqda yerləşdiriləcək - FOTO

Ukraynadan qayıdan həmvətənlərimiz sığınacaqda yerləşdiriləcək - FOTO
Sosial 173

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, qurum rəsmisi instaqram hesabında Ukraynadan ölkəmizə qayıdan həmvətənlərimizə sığınacaq veriləcəyi ilə bağlı məlumat yayıb:

"Ukraynadan qayıdan həmvətənlərimiz, gedə biləcəyiniz yer olmadığı halda uşaq sığınacağına ana və uşaqları qəbul edirik. Geyim, qida və yataqla təmin olunacaqsınız.

Ehtiyac olduqda bizimlə əlaqə saxlayın, az da olsa yardımınıza yetək.

Əlaqə nömrəsi: 055 526 08 88"

Son xəbərlər