Ukraynadan Azərbaycana təxliyə edilən şəxslərin sayı MƏLUM OLDU

Ukraynadan Azərbaycana təxliyə edilən şəxslərin sayı MƏLUM OLDU
Sosial 53

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir. 8 mart 2022-ci il tarixinədək Azərbaycana 4375 nəfər (son sutka ərzində 1237 nəfər olmaqla) təxliyə edilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, onların arasında çarter reysləri ilə təxliyə edilənlər 2298 nəfər, quru yolu ilə isə 2077 nəfər təşkil edib.

“Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 12 çarter reysi təşkil olunub. Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edir”, - məlumatda qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ukraynadan təxliyə edilən daha 180 azərbaycanlı Bakıya gəlib - FOTO

Ukraynadan təxliyə edilən daha 180 azərbaycanlı Bakıya gəlib - FOTO

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə aralarında 6 körpə olmaqla, 180 sərnişin...

72 Sosial 10:22 06 mart 2022

Son xəbərlər