Ukraynadan Azərbaycana müntəzəm aviareyslər bu tarixdən bərpa ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkəti gələn aydan Kiyev-Bakı-Kiyev istiqamətində aviareysləri bərpa edir.
BAKU.WS-in “Report”a istinadən bildirdiyinə görə, bu barədə aviaşirkətin internet səhifəsində məlumat verilib.
Qeyd edilib ki, aviadaşıyıcı yay mövsümü ilə bağlı uçuş proqramını yeniləyib. Proqrama əsasən, martın 28-dən Ukrayna paytaxtından Azərbaycana, Gürcüstana (Tbilisi) və Ermənistana (İrəvan) uçuşlar bərpa olunacaq.
Bundan başqa, aviaşirkət Böyük Britaniya (London), Fransa (Paris), Almaniya (Münhen), İtaliya (Milan), İspaniya (Barselona), BƏƏ (Dubay), Misir (Qahirə) və Türkiyə (İstanbul) istiqamətlərində də aviareysləri bərpa edəcək.
Oxşar xəbərlər
AZAL ölkənin hava məkanını bütün aviaşirkətlər üçün açıq elan edib
Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətb...