Uğurlarından söz etdirən Şuşa şagirdləri: "Mühəndislik bacarıqlarını artırırlar"
Baku TV Şuşada fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbin fəaliyyəti ilə tanış olub.
Məktəbin direktoru Səbinə Gözəlova bildirib ki, müəssisədə 200-dən çox şagird təhsil alır. Onlara akademik biliklərlə yanaşı, milli-mənəvi dəyərlər, məsuliyyət və vətənpərvərlik hissi aşılanır.
Onun sözlərinə görə, şagirdlər müxtəlif olimpiada və bilik yarışlarında iştirak edərək uğurlar əldə edirlər. Məktəbdə həmçinin intellektual yarışlar təşkil olunur, bu isə onların inkişafına töhfə verir.
Direktor əlavə edib ki, məktəbdənkənar fəaliyyət istiqamətində də mühüm işlər görülür. Belə ki, məktəbin nəzdində Bülbülcan adına Uşaq Musiqi Məktəbinin fortepiano bölməsi yaradılıb, hazırda isə Şuşa rayon Uşaq və Gənclər İdman-Şahmat Məktəbinin yaradılması istiqamətində hazırlıq işləri aparılır.
Kitabxana müdiri Mehparə Quliyeva isə oxu klubunun yaradıldığını, şagirdlərin kitablara marağının artırılması istiqamətində işlər görüldüyünü qeyd edib.
Oxşar xəbərlər
İcbari tibbi sığortadan keyfiyyətli səhiyyəyə - könüllü tibbi sığortanın strateji rolu
Azərbaycanda könüllü tibbi sığortanın inkişafı həm vətəndaşların seçim imkanlarını artıracaq, özəl səhiyyə sektorunun inkişafını sürətləndirəcək, həm də ümumi s...