Ucuz qiymətə ev almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR - Bu ərazilərdə…
"Hazırda münasib qiymətə ev almaq istəyənlər üçün Hövsan, Zığ ətrafı, Ələt, Zabrat, Alatava və Pirallahıda perspektivləri var".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
O əlavə edib ki, 10 ildən sonra həmin ərazilərdə qiymətlər çox ciddi şəkildə bahalaşacaq:
"Urbanizasiyanın qaydalarına görə şəhər böyüyür. Yəni regionlardan axın artdıqca şəhər genişlənir. Əvvəllər şəhərin mərkəzində ev və ya mənzil almaq imkanları böyük idisə, getdikcə bu mərkəzə yaxın ərazilərə transfer etdi. Hazırda mərkəzə yaxın yerlərdə də bu proses çətinləşib. Daha çox şəhərdən kənar istiqamətlərdə daha uyğun şəkildə mənzil almaq mümkünləşib və bu onu göstərir ki, şəhər böyüdükcə və dövr keçdikcə qiymətlərin artımı baş verir.
Qiymətlərin artımı vətəndaşların büdcəsi ilə müqayisədə elə bir şərait yaradır ki, vətəndaşlar daha çox şəhərin kənarlarından mərkəzinə daha çox uzaq məsafələrdə olan ərazilərdən ev, mənzil əldə etsinlər.
Hazırda münasib qiymətə ev almaq istəyənlər üçün Hövsan, Zığ ətrafı, Ələt, Zabrat, Alatava və Pirallahıda perspektivləri var. Bu ərazilərin çox böyük inkişaf perspektivləri var. Bir müddətdən sonra konkret olaraq təqribən 10 ildən sonra həmin ərazilərdə qiymətlər çox ciddi şəkildə bahalaşacaq. Həmin ərazilər infrastrukturun inkişafı baxımından çox önəmli yerlərə çevriləcək.
Hazırda MİDA-nın Hövsanda 6 binası var və 5-i də tikilir. Bundan əlavə bir yaşayış kompleksinin tikilməsi gözlənilir və ticarət və iş mərkəzlərinin inşası planlaşdırılır. Hövsan çox qısa müddət ərzində böyük sənaye, ticarət və iş mərkəzinə çevriləcək. Pirallahı çox böyük nəqliyyat perspektivi olan bir ərazidir.
Həmçinin Ələtdə də çox böyük perspektivlər var və burada yaxın 10 il ərzində mənzilə sahib olmaq prestij sayılacaq. Yəni iqtisadi inkişafın ən çox təsir göstərdiyi ərazilər olaraq bunları qeyd etmək olar.
Bakı şəhərinin Baş Planına əsasən, paytaxtda "Sea Breeze" istiqamətinə doğru nəqliyyat imkanları əlçatanlığı olacaq və eyni zamanda Ziya Bünyadov prospekti, "Koroğlu" metrosu ətrafı ərazilərdə böyük layihələrin icrası gözlənilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Media Forumu başa çatıb
Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda keçirilən Media Forumu başa çatıb. BAKU....