Uçuş zamanı bu kitablar narahatlığı aradan qaldırır
Uçuşlar zamanı narahatlığı aradan qaldıran kitablar olduğu məlum olub.
BAKU.WS xəbər verir ki, "S7 Airlines"in səyahət tövsiyələrinin nəticələrinə görə, sərnişinlərin böyük əksəriyyəti uçuş narahatlığından xilas olmağı kitablarda tapır.
Respondentlərin əksəriyyəti (86%) etiraf edib ki, onlar uçuş zamanı kitab oxumağa və ya elektron qaydada dinləməyə üstünlük verirlər. Digər populyar fəaliyyətlər arasında yatmaq (48%) və pəncərədən mənzərəyə baxmaq (38%) yer alıb.
Qeyd edilib ki, bunun üçün təyyarədəki sərnişinlər daha çox detektiv romanlar oxuyurlar.
Elektron kitablar səyahətçilər arasında ən populyar seçimdir (51%), ikinci yerdə isə kağız kitablar (44%) gəlir.
Oxşar xəbərlər
Azərbaycanda bu halda valideynlər uşaq üçün hər ay pul ala bilər
Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 1 yaşınadək uşağı olan ailələrə müavinət verilir. BAKU.WS-in məlumtına görə, b...