Ucarda şəhid bulağının açılışı olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarda Birinci Qarabağ müharibəsi şəhidləri Nuriyev Şöhrət Telman oğlu və İsmayılov Natiq Hacıbala oğlunun xatirəsinə inşa olunmuş ehsan bulağının açılışı olub.
BAKU.WS xəbər verir ki, bulaq hər iki şəhidin ailəsinin şəxsi vəsaiti hesabına rayonun Əlikənd kəndində inşa olunub.
Tədbirdə ilk öncə dövlət himni səslənib və torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər qeyd ediblər ki, bu kimi tədbirlərin keçrilməsi eləcədə şəhidlərin yad edilməsi gənclərdə və yeniyetmələrdə vətənpərvərlik hissinin oyanmasına səbəb olur.
Tədbirdə məktəblilərin ifasına müxtəlif şerlər və kompazisiyalar ifa olunub.
Qeyd edək ki, İsmayılov Natiq Hacıbala oğlu 1965-ci ildə Ucarın Əlikənd kəndində anadan olub. Natiq 1992-ci ilin iyun ayının 26-da Ağdamda qəhrəmancasına şəhid olub. Hazırda Əlikənd kənd orta məktəbi onun adını daşıyır.
Nuriyev Şöhrət Telman oğlu 1969-cu ildə Ucarın Əlikənd kəndində anadan olub. Şöhrət 1092-ci ilin iyun ayının 17-də Murovdağ istqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...