Ucarda acınacaqlı vəziyyətdə olan kənd xəstəxanası: Hər an uça bilər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarın Əlikənd kənd həkim məntəqəsi qəzalı vəziyyətdədir və hər an uçma təhlükəsi ilə üz-üzədir.
BAKU.WS xəbər verir ki, bunu Report-un Yuxarı Şirvan bürosuna kənd sakinləri deyiblər.
Sakinlər bildirib ki, hazırda həkim məntəqəsinin dam örtüyü qırıq, pəncərələri sınıq, divarları çatlaqdır, daxili hissəsi uçmamaq üçün taxta konstruksiyalarla bərkidilib.
Qeyd edək ki, Əlikənd kənd həkim məntəqəsinin inzibati binası 1990-cı ildə tikilib və vaxtilə 50 çarpayılıq kənd xəstəxanası kimi fəaliyyət göstərib. Bundan başqa, binada illər əvvəl Ucarın üç kəndinin - Əlikənd, Ramal və Şahlıq kəndlərinin üç minə yaxın əhalisinə tibbi xidmət göstərilib.
Son illər isə bina baxımsızlıq ucbatından qəzalı vəziyyətə düşüb. Burada şərait olmadığı üçün sakinlər kənddən 15-16 km aralıda yerləşən Ucar rayon Mərkəzi Xəstəxanasına üz tutmağa məcbur olurlar.
Məsələ ilə bağlı Əlikənd kənd bələdiyyəsinin sədri bildirib ki, bununla bağlı rayon rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılıb.
Ucar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xaləddin Qafarlı isə deyib ki, xəstəxananın vəziyyətindən xəbərdardırlar və aidiyyatı qurumlar həmin xəstəxana binasına baxış keçiriblər:
"Xəstəxana binasının yenidən tikilməsi dövlət proqramına salınıb və yaxın vaxtlarda vəsait ayrılan kimi yeni bina tikilərək sakinlərin istifadəsinə veriləcək".
Mövzunu diqqətdə saxlayacağıq.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...