Türkiyəyə göndərilən 2 qazimiz sağalaraq vətənə geri dönüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 2 qazimiz sağalaraq Vətənə geri dönüb.
BAKU.WS xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Həmin şəxslər aşağıdakılardır:
1. Alxasov Camal İlqar oğlu2. İskəndərli Elnur Zöhrab oğlu
Qeyd olunub ki, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 32 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq", - məlumatda bildirilib.
Qalereya
Oxşar xəbərlər
Türkiyəyə göndərilən daha 11 qazimiz sağalaraq Vətənə geri dönüb - FOTO
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 11 qazimiz sağalaraq Vətənə geri dönüb. Bu barədə Fonddan BAKU.WS-ə məlumat verilib...