Türkiyəli nazir müavini: Azərbaycan COP29-da yüksək təşkilatçılıq nümayiş etdirib

Azərbaycan logistik baxımdan COP29-un təşkilatçılığında ən yüksək səviyyə nümayiş etdirib və mühüm danışıqların keçirilməsini asanlaşdırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank bildirib.
Onun sözlərinə görə, COP29 iştirakçıları iqlim dəyişikliyi ilə bağlı bir çox mühüm məsələlər, xüsusilə qlobal istiləşməyə qarşı mübarizə barədə fikir mübadiləsi aparıblar.
F.Varank diqqətə çatdırıb ki, Türkiyə COP29-da yüksək səviyyədə təmsil olunub, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, konfransda nazirlər, deputatlar, rəsmilər, akademik dairələr və QHT-lərin nümayəndələri iştirak ediblər.
Nazir müavini, həmçinin bildirib ki, COP29-da Türkiyə pavilyonunda təxminən 60 panel müzakirəsi keçirilib və burada ölkənin iqlim dəyişikliyinə qarşı mübarizədə həll yolları və hədəfləri barədə məlumat verilib, həmçinin ebru (su üzərində rəsm texnikası) və keramika üzərində rəsm kimi ənənəvi incəsənət növləri təqdim edilib.
Oxşar xəbərlər
Bakının mərkəzində SÖKÜNTÜ: Bəzi ərazilər yenidən qurulur, MÜHÜM YENİLİK olacaq
Akademik Həsən Əliyev küçəsi ilə metronun "Koroğlu" stansiyasını birləşdirən yeni avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112...
