Türkiyəli fermer traktorla torpağın üzərinə "20 Yanvarda Bakı şəhidlərini hörmətlə anırıq" yazısını həkk edib

Türkiyəli fermer traktorla torpağın üzərinə 20 Yanvarda Bakı şəhidlərini hörmətlə anırıq yazısını həkk edib
Video
Sosial 175

Türkiyənin Lüləburqaz rayonunun Evrensekiz qəsəbəsində yaşayan Burak Tunçkol 1990-cı il 20 Yanvar şəhidlərini özünəməxsus şəkildə anıb.

O, öz sahəsində traktorla torpağın üzərinə "20 Yanvarda Bakı şəhidlərini hörmətlə anırıq" yazısını həkk edib və bu proses təxminən yeddi saat çəkib.

, 36 il əvvəl baş verən 20 Yanvar faciəsinin ağrısını hələ də ürəyində daşıdığını bildirib.

"Qardaş ölkəmiz Azərbaycanın yaşadığı acıları paylaşmaq və bu faciəni dünyaya hayqırmaq üçün bu yazını tarlaya yazdım. 20 Yanvar şəhidlərini dərin ehtiramla anıram, məkanları cənnət olsun. Azərbaycanın dərdi bizim dərdimizdir. Qardaş ölkəyə hörmət və salamlarımı çatdırıram", - deyə B.Tunçkol Baku TV-yə bildirib.

Oxşar xəbərlər

Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb

Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb

"Məndən başqa 86 nəfər də aldadılıb". "19 min manata yaxın pul ödədim, ortada nə maşın var nə pul". BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, son bir il ərz...

78 Sosial 23:47 10 mart 2026

Son xəbərlər