Türkiyədən Azərbaycana gələn 4 həkim briqadası bölgələrə yola düşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə reallaşan REACT-C19 layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn 4 həkim briqadası Bakıda işlərini tamamlayaraq bölgələrə yola düşüb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, onlar 4 may tarixindən etibarən Gəncə, Goranboy, Ağdaş və Şəmkir olmaqla Azərbaycanın qərb bölgəsindəki 4 xəstəxanada işə başlayıblar.
Həkimlər Ümumdünya Səhiyyə Təşkilatının Xəstəxana Hazırlıq Təlimatından istifadə edərək xəstəxanalarda mövcud vəziyyəti dəyərləndirməyə və aşkar olunan problemlərin aradan qaldırılmasına dəstək olmağa, xəstəxanaların hazırlıq səviyyəsini artırmaq üçün orada çalışan həkimlərlə birgə fəaliyyət planı üzərində işləməyə başlayıblar.
Bununla yanaşı, həkimlər və orta tibb işçiləri üçün müxtəlif mövzularda təlimlərə start veriblər. Onlar bu 4 rayonda 2 həftə müddətində fəaliyyət göstərəcəklər, daha sonra Bakıya qayıdaraq növbəti iki həftəlik tur üçün hazırlıqlara başlayacaqlar.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...