Türkiyədə müalicə olunan hərbçilərin əlilliyi qiymətləndirilib - FOTO

Türkiyədə müalicə olunan hərbçilərin əlilliyi qiymətləndirilib - FOTO
Foto
Sosial 81

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunan 25 hərbçinin əlilliyini qiymətləndirib.

Nazirlikdən BAKU.WS-ə bildirilib ki, bu məqsədlə agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşlarından ibarət olmaqla komissiya yaradılıb. Komissiyanın üzvləri İstanbul, İzmit və Bursa şəhərlərində olub.

Ölkə xaricində tibb müəssisələri, yaralı hərbçilər və komissiya üzvləri arasında koordinasiyanın təmin edilməsi məqsədi ilə “YAŞAT” Fondunun əməkdaşları da onlarla birgə ezam olunub.

Qeyd olunan şəhərlərdəki tibb müəssisələrində müalicədə olan hərbçilərimizin hər biri ilə görüşülüb və əyani müayinələri aparılıb, əlillik vəziyyətləri qiymətləndirilib. Müayinələrin nəticələrinə əsasən onlara əlillik dərəcələrinin təyin edilməsi nəzərdə tutulub.

Bunun üçün aidiyyəti qurumların hərbi həkim komissiyalarına hərbçilərimizlə bağlı müvafiq şəhadətnamələri təqdim etmələri üçün müraciət olunub.

Yaxın günlərdə şəhadətnamələr təqdim edildikdən sonra e-sistem üzərindən Türkiyədə müalicə olunan hərbçilərimizə də əlillik dərəcələri və bununla bağlı sosial ödənişlərin təyinatları aparılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Medianın İnkişafı Agentliyi yaradılıb

Medianın İnkişafı Agentliyi yaradılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. BAKU.WS xəbər verir ki, fərmana ə...

189 Sosial 19:04 12 yanvar 2021

Son xəbərlər