Türkiyədə "Ferrari"si olan şəxs yardım almaq üçün müraciət edib - VİDEO

Türkiyədə Ferrarisi olan şəxs yardım almaq üçün müraciət edib - VİDEO
Video
Sosial 377

Türkiyədə koronavirus pandemiyasının yaratdığı iqtisadi təsirlərdən əhalini qorumaq məqsədilə dövlət ehtiyaclı şəxslərə 1000 lirə (243.2 AZN) maliyyə yardımı göstərəcək.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Selçuk məlumat verib.

Onun sözlərinə görə, dövlətin ehtiyaclı insanlara yardım edəcəyini eşidən bəzi şəxslər bundan sui-istifadə etməyə çalışır:

"Mercedes", "Ferrari", digər lüks nəqliyyat vasitələri olan şəxslər və 100 baş iribuynuzlu heyvana sahib fermerlər də bu dəstək proqramına müraciət ediblər. Keçən həftə Samsunda "Ferrari" markalı lüks avtomobili olan şəxs də bu yardımı almaq üçün müraciət ünvanlayıb. Biz bu adamlara, əlbəttə, heç bir yardım etməyəcəyik".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər