Türkiyədə bir gündə 168 nəfər koronavirusdan öldü - VİDEO

Türkiyədə bir gündə 168 nəfər koronavirusdan öldü - VİDEO
Video
Sosial 60

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) ölənlərin sayı 168-ə yüksəlib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

O bildirib ki, gün ərzində 6814 nəfərdə koronavirus aşkarlanıb. 3911 xəstə isə sağalaraq evə buraxılıb.

Nazir hazırkı vəziyyəti acınacaqlı adlandırıb:

"Ağır xəstə sayımız 4641 nəfər olub. Ölüm sayı da bu gün ən yüksək rəqəmdir”.

Qeyd edək ki, Türkiyədə indiyədək 467 730 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 12 840 nəfər ölüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər