Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək

Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək
Sosial 12

Mayın 3-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunacaq.

BAKU.WS xəbər verir ki, xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin gücləndirilməsi, ortaq dəyərlər əsasında əməkdaşlığın inkişaf etdirilməsi, maarifləndirmə fəaliyyətinin sistemli şəkildə genişləndirilməsi məqsədilə təşkil ediləcək səfər çərçivəsində "Zəngəzur yolu – tarixin izi ilə" mövzusunda konfrans keçiriləcək. Konfransda ortaq milli-mənəvi dəyərlərin qorunması və təbliğinin əhəmiyyəti, dini həmrəyliyin möhkəmləndirilməsi, bu sahədə qarşıda duran vəzifələr və prioritet istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılacaqdır.

Səfər proqramına, həmçinin Naxçıvanda yerləşən tarixi-dini abidələrin ziyarəti daxildir.

40-dan çox azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər mayın 6-dək davam edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər