Türkiyə Azərbaycana təxliyyə üçün təyyarələr göndərəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə hökuməti Azərbaycandan ölkəsinə dönmək istəyən vətəndaşlar üçün təxliyə reysləri təşkil edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə “Report”a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, Türkiyə Hava Yolları Azərbaycanda olan və ölkəsinə qayıtmaq istəyən Türkiyə vətəndaşlarının təxliyəsi üçün yaxın günlərdə təyyarələr göndərəcək.
“İndiyədək səfirliyə ölkəyə qayıtmaq üçün müraciət edən bütün vətəndaşlarımıza uçuşlarla bağlı ətraflı məlumat e-poçt, “WhatsApp” və SMS vasitəsilə çatdırılacaq. Bununla əlaqədar vətəndaşlarımızı e-poçt və telefonlarını mütəmadi olaraq yoxlamağı xahiş edirik”, - diplomatik nümayəndəlikdən bildirilib.
Oxşar xəbərlər
Polad Bülbülöğlu Rusiyadakı azərbaycanlılara müraciət edib - VİDEO
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyadakı Azərbaycan vətəndaşlarına müraciət edib. BAKU.WS xəbər verir ki, səfir Polad Bülbüloğlu müraciətində...