Türkdilli və region ölkələrinin seysmik mərkəzlərinin birgə təşkilatı yaradılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə tərəfi Azərbaycana Qarabağda quraşdırılacaq seysmik stansiyalarla bağlı dəstək göstərmək niyyətindədir”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində görüşdə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) başqan yardımçısı İsmayıl Palakoğlu deyib.
O bildirib ki, türkdilli dövlətlərin və region ölkələrinin seysmik mərkəzlərinin birgə təşkilatının yaradılması nəzərdə tutulur: “Həmin təşkilat çərçivəsində əməkdaşlıq və birgə tədqiqatların aparılması regionun seysmik vəziyyəti ilə bağlı daha yaxşı nəticələrin əldə olunmasına səbəb ola bilər”.
Oxşar xəbərlər
Ucuz avtomobillər satışa çıxarılır - "Land Cruiser" 15500, "Maxima" 4000 AZN - QİYMƏTLƏR
18 may 2021-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 61 nəqliyyat vasitəsi çıxarılıb. Qey...