"Türk Hava Yolları" İstanbul-Gəncə istiqamətində birbaşa uçuşlara başlayır

Türk Hava Yolları İstanbul-Gəncə istiqamətində birbaşa uçuşlara başlayır
Sosial 89

Türkiyənin milli aviadaşıyıcısı "Türk Hava Yolları" (THY) şirkəti İstanbul-Gəncə istiqamətində mayın 15-dən etibarən birbaşa aviareyslərə başlayır.

BAKU.WS xəbər verir ki, bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, aviareyslər həftədə iki dəfə olmaqla çərşənbə axşamı və şənbə günü həyata keçiriləcək.

Qeyd edək ki, "Türk Hava Yolları" hazırda İstanbil-Bakı, Ankara-Bakı istiqamətində birbaşa aviareyslər həyata keçirir.

Xatırladaq ki, hazırda THY 226 istiqamət üzrə aviareyslər həyata keçirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər