Turistlərin eyş-işrət yuvası “İnfiniti” klub cərimə edildi

Turistlərin eyş-işrət yuvası “İnfiniti” klub cərimə edildi
Sosial 854

Paytaxtın Nərimanov rayonunda yerləşən “İnfiniti” gecə klubunda karantin qaydalarının pozulması ilə bağlı KİV-də yayılan görüntülər Nərimanov Rayon Polis İdarəsində araşdırılıb.

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarovun məlumatına görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən obyektdə sanitar-karantin qaydalarının bir qisminə riayət edilmir, müştərilərə klubun əməkdaşları tərəfindən qəlyandan istifadəyə şərait yaradılır və dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, klub fəaliyyətini gecə saat 00:00-dan sonra da davam etdirir.

Qeyd edilən məsələlərlə bağlı obyektin icarədarı və klubun mühafizə xidmətinin əməkdaşı Nərimanov RPİ-yə dəvət ediliblər.

Klubun icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4 000, mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimə ediliblər. Həmin şəxslərə xəbərdarlıq edilərək onlarla profilaktik söhbətlər aparılıb. Bildirilib ki, obyektdə belə bir hal növbəti dəfə aşkar olunduğu təqdirdə polis əməkdaşları tərəfindən daha sərt inzibati tənbeh tədbirləri görüləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Müştərilərə qəlyan təklif edən çay evinin icarədarı həbs edildi - VİDEO

Müştərilərə qəlyan təklif edən çay evinin icarədarı həbs edildi - VİDEO

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinməkdədir. Bu barədə B...

149 Sosial 12:20 30 mart 2021

Son xəbərlər