Turan İbrahimov 5 il sonra televiziyaya qayıtdı - Bu verilişi aparacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Turan İbrahimov yenidən efirlərə qayıdır.
BAKU.WS xəbər verir ki, o, "Space" kanalında yayımlanan "Space səhər" verilişinin aparıcısı olacaq. Turan bu haqda şəxsi feysbuk səhifəsində bildirib:
"Beş il əvvəl qoyub getdiyim xəbər formatı ilə "Space səhər"ə qayıdıram. Ənənəvi televiziyanın qürub dövründə efirdə olmaq qərarım həm də özüm üçün eksperiment xarakterlidir. Yaşı 55-dən yuxarı olan bütün azərbaycanlıları görüşə çağırıram. Onsuz da hazırda televiziya tamaşaçıları əsasən onlardır. Həftə içi 5 gün, səhər saat 8-dən 10:15-ə qədər "Space TV"-də görüşürük!"
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...