Tural Əsədov: "Mais Ağayev susur, gördükləri “işlərdən” isə ağız dolusu danışıb" - FOTO

Aparıcı Tural Əsədov sosial şəbəkə hesabında yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, instaqram hesabında parklanmaya qurulan nəzarət kameralarının çoxluğundan şikayətlənib. Aparıcı avtomobilini harada saxlasa, cərimə olunduğunu bildirib:
“Yəqin ki, küçələrdə quraşdırılan parklanmaya nəzarət kameralarının sayından xəbəriniz var və bu say günü-gündən artır. Partapart cərimələr gəlir. BNA, Daxili İşlər Nazirliyi tıxaclarla mübarizə aparır. Soruşanda ki, "harada saxlayım?" deyirlər, "kalan pul xərcləmişik, parkinq tikmişik, gedin ora". Olsun. Razıyam. Parklamanın 24 saatı 12 manatdır (Azadlıq BNA Parkinq). Qonşular üçün isə güzəştli qiymət var. Bu da əla. Gedib MKİS-dən (JEK-dən) arayış alırsan ki, mən, doğrudan da, qonşuyam və burada yaşayıram.
Güzəştli tarifdən istifadə etmək istəyirəm, tıxaclarla mübarizə aparıram. Parkinq müdiri Nahid Əliyev (inanmıram ki, soyadını düz dedi) deyir, "Qeydiyyatın başqa yerədir. Olmaz. Kimə istəyirsən de". Mais Ağayev isə susur (telefona və smslərə cavab vermir), baxmayaraq ki, bizə verilişə dəfələrlə gəlib və gördükləri “işlərdən” ağız dolusu danışıb. Başqa kimə deyim? Haaqa Tribunalına?”

Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
