Tünd şokoladın bilinməyən faydası açıqlandı

Tünd şokoladın bilinməyən faydası açıqlandı
Sosial 24

Avstraliyanın Melburn Universitetinin tədqiqatçıları tünd şokoladın faydalı bağırsaq bakteriyaları üçün qida rolunu oynadığını və beləliklə, həzm prosesini stimullaşdırdığını və dəstəklədiyini bildiriblər.

BAKU.WS-in xəbərinə görə, araşdırmanın nəticələri "Food Bioscience" jurnalında dərc olunub.

Alimlər tünd şokoladın sağlamlığa faydaları olduğunu aşkar ediblər.

Tünd şokoladın əsas komponenti olan kakao prebiyotik rolunu oynayır. Prebiyotiklər mədə-bağırsaq traktının yuxarı hissəsində həzm olunmayan qida komponentləridir. Onlar yoğun bağırsaqda faydalı mikroflora tərəfindən emal olunur.

Tədqiqatda alimlər tünd şokoladı (70% kakao ehtiva edir) və südlü şokoladı (45% kakao ehtiva edir) probiyotiklərlə zənginləşdiriblər.Onun, həmçinin postbiotiklər kimi tanınan faydalı həzm məhsullarının istehsalını dəstəklədiyi göstərilib.

Bundan əlavə, probiyotiklərlə zənginləşdirilmiş şokolad iştahı və enerji homeostazını tənzimləyən faydalı yağ turşularının sintezini dəstəkləyir.

Tədqiqatın müəllifləri fabrikdə istehsal olunan adi şokoladın da orqanizm üçün faydalı ola biləcəyini vurğulayıblar. Tərkibində ən azı 70% kakao olan tünd şokolad seçməyi və normada istehlak etməyi tövsiyə ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda satılan quru meyvələrdəki təhlükə: XƏRÇƏNG YARADIR

Azərbaycanda satılan quru meyvələrdəki təhlükə: XƏRÇƏNG YARADIR

Qurudulmuş meyvələr sağlam bir məhsuldur. Təəssüf ki, rəf ömrünü uzatmaq üçün kimyəvi üsullarla emal olunmuş quru meyvələr mağazalarımızda (və qismən də marketl...

1026 Sosial 16:58 09 yanvar 2024

Son xəbərlər