Toyların keçirilməsi ilə bağlı komitə sədrindən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusla bağlı bu tendensiya davam etsə, yəni yoluxanların sayında azalma, sağalanların və vaksin olunanların sayında artım davamlı olsa, yaxın günlərdə toylarla bağlı da artıq qərar qəbul etmək olar.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, COVİD-19 pasportu, toyun müddətinin azaldılması və s. kimi yüngülləşdirilmiş şərtlərlə toyların keçirilməsinə icazə verilə bilər:
“Yay aylarında insanların toy keçirmək arzusu var. Hesab edirəm ki, hazırkı müsbət tendensiya davam edərsə, yaxın günlərdə toyların keçirilməsi ilə bağlı da qərar vermək olar”.
Oxşar xəbərlər
Operativ Qərargah toyların keçirilməsinə icazə verməlidir - Ekspertlərdən çağırış
Ötən ilin mart ayının 15-dən etibarən ölkədə toyların keçirilməsi qadağandır. Operativ Qərargah bir neçə sahədə, o cümlədən restoran və kafelərin fəaliyyətinə q...