“Toylarda insanlara saxta içkilər təklif edilir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Toylarda görürük ki, məşhur brendlərin adlarından istifadə edib insanlara saxta içkilər təklif edilir”.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Novruzəli Aslanov (Novruz Aslan) Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.
Deputat qeyd edib ki, bu qanun qüvvəyə minəndən sonra kiçik kustar üsulla istehsal sahələri bağlanacaq: “Ən çox vergi ödəyən vergi ödəyiciləri məhz bu sahədədir. Keçmiş zamanlardan ta bu günə qədər biz kustar üsulla məhsulların hazırlanması ilə bağlı böyük problem yaşayırıq. Bu məhsullar insanlara, cəmiyyətə təhlükədir. Əsas odur ki, biz onları sıradan çıxaraq. Düşünürəm ki, bu qanun layihəsi çox vacibdir və hər bir insanın sağlamlığına xidmət edəcək”.
Oxşar xəbərlər
AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...