Toy məclisi təşkil edən şəxslər cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Marzılı və Hacı Mahmudlu kəndlərində fərdi yaşayış evlərində toy məclisi təşkil edən şəxslər müəyyən ediliblər.
Xüsusi karantin rejimi qaydalarını pozan toy məclislərinin təşkilatçıları olan 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxsin toyunda iştirak edənlər həbs olundular - FOTO
Karantin qaydalarını pozaraq toy məclisi keçirənlər məsuliyyətə cəlb olundular. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə bildirilib Qeyd edilir ki,...