Tovuzda yeni doğulanın həkim səhlənkarlığı səbəbindən zədələnməsinə aydınlıq gətirilib
Yeniliklərdən dərhal xəbərdar olun
1992-ci il təvəllüdlü J.Y. 9 sentyabrda Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 38-39 həftəlik hamilə olan pasiyent həmin gün qeysəriyyə əməliyyatı ilə çəkisi 3 500 qram, boyu 52 sm olan körpə dünyaya gətirib.
BAKU.WS-in məlumatına görə, TƏBİB-dən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, körpə doğularkən fizioloji sarılığı olub:
"Sentyabrın 7-si körpənin zəif qidalanması müşahidə edilib. Bu səbəbdən ona damardaxili infuzion müalicə aparılıb. Bundan sonra körpənin qidalanması bərpa olub, vəziyyəti qənaətbəxş olduğu üçün sentyabrın 10-u evə buraxılıb.
Ailəsi tərəfindən körpənin səhhətində narahatlıq müşahidə edildiyi üçün bir neçə digər tibb müəssisəsinə müraciət edilib. Sözügedən müəssisələrdə də körpəyə tibbi xidmət göstərilib.
Daha sonra 16 sentyabrda K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Cərrahiyyə şöbəsinə yerləşdirilən körpəyə sağ bazu sümük iltihabı (osteomielit) diaqnozu qoyulub. Sonrakı gün körpə tibb müəssisəsinin Yenidoğulmuşların patologiyası şöbəsinə köçürülüb. Lazımi müayinə və müalicələrdən sonra oktyabrın 5-i ambulator müalicə üçün evə buraxılıb. Körpənin yenidən müayinəyə gətirilməsi barədə ailəsinə məlumat verilib.
Qeyd edək ki, məsələ TƏBİB rəhbərliyinin nəzarətindədir. Körpənin ailə üzvləri ilə əlaqə saxlanılıb və onlar TƏBİB-ə dəvət edilib.Müvafiq araşdırmalar aparıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək".
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...