Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyənləşdi
Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyənləşdirilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirlininin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
O bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib. Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib. İlkin məlumata görə, Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...