Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi nəzdində Plastik cərrahiyyə şöbəsi yaradılır
Yeniliklərdən dərhal xəbərdar olun
"Səhiyyə Nazirliyi hazırda Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi nəzdində Plastik cərrahiyyə şöbəsi yaradır".
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, həmin şöbədə fəaliyyət göstərmək üçün Təftiş Komissiyasından keçmiş 42 nəfər cəlb ediləcək: "Onlar arasında fəlsəfə doktorları, xaricdə təhsil almış insanlar var. Düşünürəm ki, o şöbə nümunəvi olacaq".
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...