Tibbi arayışın verilməsi ilə bağlı problem yaranıb? - ŞİKAYƏT

Tibbi arayışın verilməsi ilə bağlı problem yaranıb? - ŞİKAYƏT
Sosial 2040

44 nömrəli Şəhər Poliklinikasında tibbi arayışın verilməsi ilə bağlı problem yarandığı bildirilir.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, dünən tibbi arayış almaq məqsədilə 44 nömrəli Şəhər Poliklinikasına müraciət edib. Gün boyu gözləsə də proses mümkün olmayıb:

"Mənə deyildi ki, TƏBİB-in sistemində problem var. Ona görə arayışın verilməsi gecikir".

Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinə sorğu ünvanladıq. Məlumatın araşdırılacağı bildirilir.

Qeyd edək ki, tibbi arayışların verilməsi elektronlaşdırılıb. Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov məlumat verib. O, "Ən çox tələb olunan tibbi arayışlar elektronlaşdırılıb. Bu, kağız üzərində olan arayışlara bərabər olacaq. Mayın 1-dən etibarən sağlamlıq haqqında arayış və sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq”-deyə, bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər