Tibb işçilərinə ŞAD XƏBƏR - Maaş artımının əsas səbəbləri AÇIQLANDI
"Hökumət Səhiyyə nazirliyi və səhiyyə ilə əlaqəli qurumlar vasitəsilə səhiyyənin inkişafında mühüm addımlar atır. Çünki atılan addımlar vətəndaşın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xidmət etməli, səhiyyə sistemini gücləndirməli, insan, maliyyə və digər resursların formalaşdırılması vasitəsilə sağlam cəmiyyət qurulmalıdır".
Bunu BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Onun sözlərinə görə, səhiyyə sistemləri məqsədlərinə əhalinin sağlamlığının yaxşılaşdırılması, səhiyyə sahəsində bərabərsizliklərin aradan qaldırılması, səhiyyənin maliyyələşdirilməsində ədalətliliyin təmin edilməsi və əhalinin ehtiyaclarına cavab verilməsi daxildir:
"Bu gün hökumətlər səhiyyənin inkişafındakı rolunu artırmaqla bütün dünyada geniş şəkildə iş ortaya qoyurlar. Bunun bariz nümunəsi odur ki, hökumətlər tərəfindən yeni proqram və yanaşmalar təqdim olunur. Artıq burada həm özəl, həm dövlət sektoru, həm qeyri-hökumət təşkilatları və xeyriyyə qurumları tərəfdaşlıq çərçivəsində münasibətlər qururlar. Çünki əsas məqsəd əhalinin rifahının yaxşılaşdırılmasıdır. Dünyada baş verən son dəyişikliklər və meydana çıxan yeni çağırışlar da hökumətdən səhiyyə sistemi ilə bağlı yeni mexanizmlərin yaradılmasını tələb edir. Çünki daha öncəki mexanizmlərin uğursuzluğu burada yeni yanaşmaları tələb edir.
İnsan tələbatı, sosial hüquq kimi məsələlər artıq cəmiyyətin inkişafı baxımından lazım olan amillərdir. Səhiyyə sisteminin müxtəlif funksiyalarının gücləndirilməsi, xüsusilə idarəetmə, maliyyələşdirmə və səhiyyə xidmətlərinin göstərilməsi sahələrinə də Azərbaycan dövləti həssaslıqla yanaşır. Bu baxımdan, tibb işçilərinin maaşlarının artırılmasına dair qərarların qəbul olunması xüsusi diqqətə layiqdir.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin yüksək qiymətləndirilməsi baxımından ardıcıl addımlar atır. Bu addımlardan biri səhiyyə sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsüdür ki, həmin təşəbbüsə cənab Prezident İlham Əliyev tərəfindən müsbət cavab verildi. Dövlət başçımız tərəfindən bununla bağlı dərhal müvafiq tapşırıqlar verildi".
Ekspert hesab edir ki, səhiyyə sisteminin inkişafı, tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin diqqət mərkəzində olan məsələlərdəndir:
"Bu sahə üzrə ardıcıl islahatlar həyata keçirilir ki, bütün bunlar da dövlətin sosial siyasətinin tərkib hissəsidir.
Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və səhiyyənin tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. Nəticə etibarilə, TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Bu da kifayət qədər ciddi bir statistik göstəricidir. Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq ki, bu da ədalət prinsipinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Regionlarda kadr çatışmazlığına qarşı da həssas yanaşma mövcuddur. Bu baxımdan xüsusi stimullaşdırıcı əlavələr tətbiq olunacaq. Bu da həkimlərin regionlara cəlb olunmasını sürətləndirəcək.
Təbii ki, islahatın əsas məqsədi tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması və xüsusilə, regionlarda kadr təminatının yaxşılaşdırılmasıdır.
Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinin maaşlarının artırılması ilə bağlı atdığı addımlar təqdirəlayiqdir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrda 3-də 32 dərəcə isti olacaq. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımada...