Tibb işçilərinin əmək haqları artırılacaq - VİDEO - VİDEO

Tibb işçilərinin əmək haqları artırılacaq - VİDEO - VİDEO
Video
Sosial 1673
Xəstəxanaların bütün ölkə üzrə icbari tibbi sığortaya keçidi ilə bağlı ciddi hazırlıq gedir.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə İşinin Təşkili Departamentinin şöbə müdiri Şərafət İsmayılova deyib ki, 2020-ci ildən etibarən bütün ölkə üzrə icbari tibbi sığortanın həyata keçirilməsi nəzərdə tutulub. 2019-cu il isə icbari tibbi sığortaya hazırılıq ili elan olunub. Bu məqsədlə də mütəmadi şəkildə tibb müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilir. Sonuncu belə görüş bir neçə gün əvvəl təşkil edilib və tədbirdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, səhiyyə naziri Oqtay Şirəliyev və 160-a yaxın dövlət tibb müəssisəsinin rəhbərləri iştirak edib. Əsas müzakirə mövzusu isə xəstəxanaların ilkin qiymətləndirilməsi olub.Şərafət İsmayılovanın sözlərinə görə, 2020-ci ildən xəstəxanalarda yeni keyfiyyət standartlarının tətbiqi də həyata keçiriləcək.Agentlik rəsmisi qeyd edib ki, bölgələrdəki tibb müəssisələrinin də keyfiyyətli kadrlarla təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Hazırda Agentlikdə tibb işçilərinin əmək haqlarının artırlması ilə bağlı sənədlər üzərində iş gedir.

Son xəbərlər