Təhlükəsizlik xidməti əməkdaşları şəhəri bir-birinə qatdı: Paytaxtda "Gelandewagen" koriteji - VİDEO
Rusiyada Federal Təhlükəsizlik Xidmətinin akademiyasını bitirən məzunlar "Mercedes-Benz Gelandewagen" avtomobilləri ilə paytaxt küçələrində şou göstəriblər. maşınları 2-3 saatlıq kirayəyə götürüblər.
BAKU.WS xəbər verir ki, 30-dan çox avtomobili icarəyə götürən gələcək FTX əməkdaşları Moskvanın mərkəzi küçşələrində avtoxuliqanlıq ediblər. Onlar yüksək sürətlə hərəkət edib, dəfələrklə kobud qayda pozuntularına yol veriblər. İyunun 21-də baş verən hadisənin videogörüntüləri sosial şəbəkədə ciddi tənqid edilib.
Rusiya vətəndaşları ölkəni qorumalı olan şəxslərin belə davranışlarını sərt tənqid ediblər.
FTX-in general-mayoru Aleksandr Mixailov isə gəncləri Vətənə xəyanətdə ittiham edib: "Bu, Vətənə xəyanətdir! Xidmət maraqlarının satqınlığı. Belə şəkilləri necə internetdə paylaşmaq olar? Biabırçılıq! FTX akademiyası məzunları Moskvada yol qaydalarını pozaraq hərəkət ediblər. Onların yarısını xidmətdən kənarlaşdırmaq yarısına isə xəbərdarlıq edilməlidir".
BAKU.WS
Oxşar xəbərlər
“Son zəng” günü Bakı məktəbləri polis nəzarətində olacaq
"Son zəng” günü Bakının bütün orta məktəbləri polis nəzarətində olacaq. Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, po...